Ukrayna mediasının yaydığı məlumata görə, Ukrayna Milli Sığortaçılar Assosiasiyası (UMSA) nüfuzlu beynəlxalq sığorta birliyi olan “Insurance Europe”un üzvü olub.
"Siqortaci.az" xəbər verir ki, bu barədə məlumata şərh verən UMSA-nın rəsmi açıqlamasında 36 assosiasiyanı və 4900-dən çox sığorta və təkrarsığorta şirkətini təmsil edən bir birliyə üzv olduqlarına görə qürur duyduqları bildirilib.