TSEV-in rəhbəri Mehmet Kalkavan yeni vəzifəyə təyin olundu

12 fevral 2024 17:48

Uzun illər Türk Sığorta İnstitutu Vəqfinin Baş direktoru açlışmış Mehmet Kalkavan “Türk Reasürans” şirkətinin Daxili Sistemlər üzrə sədri seçilib.

Siqortaci.az xəbər verir ki, Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Qurumunun (SEDDK) təsdiqi ilə sığorta və özəl pensiya sektoru üzrə Əsasnamənin 6-cı maddəsinə uyğun olaraq Mehmet Kalkavan “Türk Reasürans” şirkətinin Daxili Sistemlər üzrə sədr vəzifəsinə təyin olunub.