COP28-də sığortanın əhəmiyyətinə toxunulub

19 yanvar 2024 17:37

“Insurance Europe”un Baş direktoru Michaela Koller BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28-in son iclasında sığortanın əhəmiyyətinə toxunub:

“Təkcə 2022-ci ildə qlobal itkilər 275 milyard dollara çatıb. Dünyada karbon emissiyaları azalmayana qədər bu tendensiya davam edəcək. Bunun bir çox mənfi nəticələrindən biri iqlim dəyişikliyinin təsirlərindən sığortalanmağın getdikcə daha da bahalaşmasıdır. Emissiyaların azaldılması ilə yanaşı, iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün uyğunlaşma səylərini sürətləndirmək də vacibdir. Burada əsas məsuliyyət dövlət orqanlarının üzərinə düşür. Sığorta sənayesi öz üzərinə düşəni edir və bir çox sığorta assosiasiyası adaptasiyanı sürətləndirmək üçün artıq bir sıra təşəbbüslərdə iştirak edirlər”.