“Swiss Re Institute”-un məlumatına görə, 2023-cü ildə fırtınaların səbəb olduğu qlobal sığortalı zərər 60 milyard dollara çatacaq.
“Swiss Re”-nin baş iqtisadçısı Jerome Jean Haegeli bildirib ki, ilk dəfədir ki, güclü fırtınalar sənayedə bu qədər itkiyə səbəb olur: "Təbii fəlakətlərin artan əmlak dəyəri və təmir xərcləri ilə paralel olaraq intensive baş verməsi sığortaçıların gəlirliliyinə böyük təsir göstərir".