Insurance Europe-un yeni prezidenti bəlli oldu

13 iyun 2024 15:24

AXA Group-un icraçı direktor müavini Frederik de Kurtua Insurance Europe-un prezidenti seçilib.

Siqortaci.az dünya mediasına istinadən xəbər verir ki, Kurtua qarşıdakı 3 il ərzində Avropa sığorta və təkrarsığorta assosiasiyaları federasiyasına rəhbərlik edəcək.

Kurtua Helsinkidə keçirilən 14-cü Beynəlxalq Konfransdakı çıxışında deyib:

“Mənim əsas prioritetim daha yaxşı və daha rəqabətli Avropanın qurulmasına töhfə vermək olacaq. Sığorta sənayesi həllin bir hissəsidir. Düzgün həlləri inkişaf etdirmək və birgə qurmaq üçün bütün maraqlı tərəflərlə konstruktiv işləməyə hazırıq."