Haqqımızda

"Siqortaci.Az" portalı Azərbaycanda bir ilk olaraq yerli və dünya sığorta yenilikləri ilə bağlı informasiya yayımı, maarifləndirmə və bilgiləndirmə funksiyasını həyata keçirən seqmentləşmiş resursdur. "Siqortaci.Az" portalı Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış "Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında" Memorandum çərçivəsində respublika səviyyəsində aparılan əsaslı sığorta təbliğatına təkan vermək məqsədilə Azərbaycan Sığortaçılar Assosiasiyasının himayəsində yaradılmış maarifləndirici və məlumatlandırıcı platformadır.

Bu portal vasitəsilə siz, Azərbaycanın və dünyanın sığorta bazarında baş verən yeniliklərdən xəbər tutacaq, o cümlədən sığorta xidmətləri və məhsullarla bağlı məlumat əldə etmiş olacaqsınız.

Portalda yerli və xarici sığorta bazarında baş verən proseslər və yeniliklərlə bağlı xəbərlər, sığorta sektorundakı mütəxəssislərin köşə yazıları, eyni zamanda video-müsahibələri, sığorta sinifləri və sığortaçıların müddətli statistikalarındakı dinamikanın qrafik təqdimatı, sığorta şirkətlərinin təklif etdikləri məhsullar haqqında məlumatlar öz əksini tapır.

Sığorta - bu günün mütləq həqiqəti, sabahın isə imperativ zərurətidir.

"Siqortaci.Az" - sizin sığorta mayakınız!

 

Hörmətlə:
Məmməd Ağayev,
"Siqortaci.az" portalının Baş redaktoru