Sığorta Araşdırmaları Şurasının (IRC) son hesabatına görə, təbii fəlakətlərin tezliyi və şiddəti, iqtisadi şərait və artan tikinti xərcləri nəticəsiəndə son 20 ildə daşınmaz əmlak sığortası tariflərinin artması bu sığorta növünə əlçatanlığın azalmasına səbəb olub.
Siqortaci.az dünya mediasına istinadən xəbər verir ki, IRC-nin hesabatına görə 2000-ci illərdə ev sahiblərinin ev təsərrüfatlarının gəlirlərinin 1,54%-ni sığortaya xərcləyirdisə bu rəqəm 2010-cu illərdə orta hesabla %1,99 səviyyəsinə yüksəlmişdi və 2021-ci ildə əmlak sığortasına ayırmalar sadəcə 5,0% artıb.