Təbii Fəlakət Sığortası Təşkilatı (DASK) Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar olaraq 27 mart 2023-cü il tarixinədək edilən müraciətlərin sayını və ödənilən təzminat məbləğini açıqlayıb.
"Siqortaci.az" xəbər verir ki, rəqəmlərə görə, təşkilata qeyd olunan tarixədək zərərlərlə bağlı 416 min 021 müraciət daxil olub, 6 milyard 502 milyon lirə (576 milyon AZN) məbləğində təzminat ödənilib.