Türkiyədə sığortalıya özəl individual məhsul dövrü başlayır

14 aprel 2023 14:18

Artıq istehlakçılar rəqabət əsaslı qiymətlərə sahib sığorta məhsulu yox, özlərinə özəl olaraq təklif olunan individual məhsulların axtarışındadır.

"Siqortaci.az" Türkiyə mediasına istinadən xəbər verir ki, qardaş ölkənin sığorta məhsulu sistemində yeniliklər dövrü başlayır. Bununla bağlı mediaya açıqlama verən türkiyəli sığortaçılar yeni sığortada yeni eranın başladığını təsdiq edirlər:

"HDI Sigorta" şirkətinin sədri Ceyhan Hancıoğlu: "Hər kəs öz riskinə, öz risklilik dərəcəsinə görə məsuliyyət daşıyır. Ona görə də şəxsə özəl məhsullar dövrünün başlaması qaçılmazdır".

"RAY Sigorta" şirkətinin sədri Koray Erdoğan: "Aparılan qlobal araşdırmalar yeni nəsil istehlakçının sadəliyi sevdiyini, bu səbəblə standart məhsullara meyilli olduğunu, lakin eyni zamanda özününküləşdirəbiləcək məhsullar axtarışında olduğunu göstərdi".