Türkiyənin sığorta sektorunda tətbiq olunan özəl pensiya sistemi üzrə yeni qaydalar hazırlanaraq təsdiqlənib.
"Siqortaci.az" xəbər verir ki, yeni qaydalara görə, özəl pensiya sistemində tətbiq olunan dövlət dəstəyi payı 25%-dən 30%-ə qaldırıldı və bununla yanaşı, özəl pensiya sisteminə illik limitdən artıq ödəniş həyata keçirən vətəndaşlar növbəti illərdə də dövlət subsidiyalarından faydalana biləcəklər.