Türkiyə Sığorta Birliyinə yeni sədr seçildi

18 sentyabr 2023 15:35

Üzv şirkətlərin iştirakı ilə Türkiyə Sığorta Birliyinin fövqəladə kollegiya iclası keçirilib.

İclasın gündəliyində duran məsələ Birliyin yeni sədrinin seçilməsi olub.

Seçkidə səs çoxluğu ilə (66 seçicidən 55 səslə) Uğur Gülən Türkiyə Sığorta Birliyinin yeni sədri seçilib.

Qeyd edək ki, U.Gülən “Aksigorta” şirkətinin Baş direktoru vəzifəsində çalışır. O, TSB-nin 2024-cü ilin aprel ayında keçiriləcək kollegiya iclasına qədər sədr vəzifəsini icra edəcək.