Müştəri məmnuniyyətinin yaxşılaşdırılması məqsədilə süni intellekt və qabaqcıl texnologiyadan istifadə edən Insurtech şirkəti Lemonade, mülkiyyət iddialarının həlli sistemi sayəsində faktiki sığorta iddiasını cəmi 2 saniyə ərzində həll edərək rekorda imza atdı.
Lemonade-in chatbot-u “AI Jim” proses çərçivəsində zərəri qiymətləndirdi, müqavilə şərtlərini yoxladı, sonra 2 saniyə ərzində zərəri ödəmək üçün dələduzluq əleyhinə alqoritm tətbiq etdi.
Ənənələri pozan bu hadisə nəticəsində sübut olundu ki, qabaqcıl texnologiya sığorta sənayesinin simasını dəyişərək yenidən dizayn edəcək.