“S&P Global Ratings” agentliyi inflyasiyaya baxmayaraq, Avropa qeyri-həyat sığortaçılarının müsbət yöndə irəliləyəcəyini proqnozlaşdırır.
Agentliyin Sığorta Reytinqləri sektorunun baş katibi Volker Kudszus mediaya açıqlamasında: "Biz qeyri-həyat sığortaçılarını 2023-2025-ci illər arasında onlar üçün zərərli ola biləcək daşınmaz əmlak, özəl kredit və özəl kapitala qeyri-likvid investisiyalar yatırarkən təmkinli olmağa çağırırıq", - deyib.
Təşkilat qeyri-həyat sığorta şirkətlərinin bu il güclü performans göstərməyə davam edəcəyini gözləyir. Bundan əlavə, təşkilat Avrozonada inflyasiyanın 5,8%-dən 2,7%-ə, Böyük Britaniyada isə 7,0%-dən 2,4%-ə düşəcəyini proqnozlaşdırır.