Rusiyada avto-icbari sığorta üzrə zərərlərin uzaqdan tənzimlənməsinə keçid haqqında qanun layihəsi hazırlanıb.
"Siqortaci.az" xəbər verir ki, gələcəkdə avto-icbari sığorta üzrə bütün proseslərin rəqəmsallaşdırılması planlaşdırılır. Ekspertlər hesab edirlər ki, belə bir təşəbbüsün tətbiqi bütün sığorta ictimaiyyətinə fayda verəcək, lakin tam keçidin 2025-ci ilə təxirə salınması sığortaçılara yeni reallıqlara daha yaxşı uyğunlaşmağa və müştərilərə keyfiyyətli xidmət göstərməyə zəmin yaradacaq.