Kiber-risk sığortası bazarında təmin olunan sığorta haqları 2021-ci ildə əmlak sığortası və bədbəxt hadisələrdən sığorta seqmentini xeyli qabaqlayaraq 75% artıb.
"Siqortaci.az" xəbər verir ki, bu istiqamət üzrə sığorta iddialarının həcmində də 16%-ə yaxın artım qeydə alınıb. Dünya sığortaçıları kiber-sığorta tariflərini əhəmiyyətli dərəcədə artırmaqla zərər nisbətini bir qədər azalda biliblər.