Qazaxıstan şirkətindən zəlzələdən zərər çəkənlərə 2,3 milyon avro ödəniş

06 aprel 2023 16:51

Qazaxıstanın "Avrasiya” sığorta şirkəti fevralın əvvəlində Türkiyənin cənub-şərqində baş vermiş silsilə dağıdıcı zəlzələdən zərər çəkənlərə 2,3 milyon avro (1,1 milyard tenge) məbləğində sığorta ödənişi həyata keçirib.

"Siqortaci.az" xəbər verir ki, "Avrasiya” sığorta şirkəti təkrarsığortaçı kimi həm icbari sığorta proqramında, həm də yaşayış və kommersiya daşınmaz əmlakının könüllü sığortası proqramlarında iştirak edir. Türkiyədə zəlzələdən təkrarsığorta müqavilələri üzrə Qazaxıstan şirkətinin ümumi məsuliyyət limiti 13,2 milyon avro və ya 6,5 ​​milyard tenge təşkil edir.