Moody's RMS "İdalia" qasırğasının sığortalı zərərini proqnozlaşdırdı

04 oktyabr 2023 17:04

Agentliyin proqnozuna görə, qasırğanın sığortalı zərəri 3-5 milyard dollara aralığında ola bilər.

Katastrofik risk modelləşdirməsi həlləri təqdim edən Moody's RMS-in bu təxmininə yüksək küləklər (2,2 milyard dollardan 3,4 milyard dollara qədər), fırtına dalğası (0,5 milyard dollardan 1,3 milyard dollara qədər) və yağışların səbəb olduğu daşqınlar (0,3 milyard dollar) daxildir.

Moody's RMS həmçinin Milli Daşqın Sığortası Proqramının (NFIP) əlavə olaraq təxminən 500 milyon dollar itirəcəyini də proqnoz edir.