İqlim dəyişiklikləri və ərazilərdən yalnış istifadə faktları səbəbilə meşə yanğınlarının qarşıdakı 28 il ərzində 30% artacağı proqnozlaşdırılır.
"Siqortaci.az" xəbər verir ki, dünya sığorta araşdırmaları mərkəzlərinin apardıqları tədqiqat işlərinin nəticələrinə görə, yuxarıda qeyd olunan səbəblər nəzərə alınmaqla, meşə yanğınlarının 2030-cu ilə qədər 14%, 2050-ci ilə qədər 30%, 2100-cü ilə qədər isə 50% artacağı gözlənilir. Bununla əlaqədar olaraq, dünya ölkələrinin sığorta iştirakçıları yaşıllıqların qorunması məqsədi ilə davamlı layihələrə start veriblər.