Rusiyada kiber-insidentlər zamanı itkilərin ödənilməsi mexanizmlərinin həyata keçirilməsi üçün 2025-ci ildə kiber-risklərin vahid sığortası fondu yaradıla bilər.
Siqortaci.az xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, bu barədə təklif “Data İqtisadiyyatı: Rəqəmsal İqtisadiyyat” milli layihəsinin əsas parametrləri və hədəfləri müzakirə olunarkən səsləndirilib.