İnşurtex startaplarının maliyyələşmə rekordu yeniləndi

05 aprel 2023 11:37

“Forrester Research” tərəfindən açıqlanan hesabata görə, 2021-ci ilin 3 rübündə İnşurtex sektorunun maliyyələşdirilməsi 5,3 milyard dollara çatıb.

"Siqortaci.az" xəbər verir ki, müqayisə üçün qeyd edək ki, 2020-ci ilin üçüncü rübündə maliyyələşmə cəmi 1,87 milyard dollar olub. Sığortada əməliyyat fəaliyyətinin təkmilləşdirilməsi, rəqəmsal sığorta şirkətləri və sığorta xidmətlərinin müqayisə platforması daha çox investisiya yatırılan startaplardan olub.