Qonşu ölkənin sığorta şirkətlərinin illik ümumi mənfəəti 3,6 milyon dollar (-39,3%) azalaraq 5,6 milyon dollara enib.
"Siqortaci.az" xəbər verir ki, sığorta yığımları da müvafiq dövr ərzində 28,7 milyon dollardan 26,7 milyon dollara düşüb. Sığorta ödənişləri isə 121 milyon dollardan 144,3 milyon dollara yüksəlib.