Monte Karlodaki “2023 RVS” tədbiri çərçivəsində təşkil olunmuş brifinqdə Fitch Ratings-in EMEA Sığorta Qrupunun direktoru Robert Mazzuoli açıqlama verərək bildirib ki, 8 sentyabrda Mərakeşdə 6,8 bal gücündə baş vermiş zəlzələnin sığorta və təkrarsığorta sektoruna az təsir edəcəyini açıqlayıb:
“Dəqiq rəqəmlərin açıqlanması üçün hələ ki, tezdir. Hadisə bəşəriyyət üçün böyük bir fəlakət olsa da, sığorta sektoru üçün böyük təsirləri gözlənilmir.”