Fitch həyat sığortaçılarının əməliyyat mənfəətini açıqladı

16 sentyabr 2021 13:36

Nüfuzlu reytinq agentliyi olan “Fitch Ratings” qlobal həyat sığortaçılarının cari ilin yanvar-iyun ayları üzrə əməliyyat mənfəətini açıqlayıb.

“Siqortaci.az” dünya mediasına istinadən xəbər verir ki, Fitch-in yeni hesabatına görə, birinci yarımildə qlobal həyat sığortaçılarının vergi öncəsi əməliyyat mənfəəti ötən ilin analoji dövrü ilə müqayisədə 65% artıb.

“Fitch”-in hesabatında eyni zamanda kapitalın orta əməliyyat gəlirliliyinin müvafiq dövrdə 9.2%-dən 12.9%-ə yüksəldiyi də yer alıb.

Hesabatda, xalis gəlirin kəskin artımına maliyyə törəmələri hesabına həyata keçirilən investisiya gəlirlərinin, həmçinin bir sıra bazar oyunçuların birləşmə və satınalmalardan əldə edikləri gəlirlərin təsir etdiyi vurğulanır.

Bu ilin ilk yarısında, 16 qlobal həyat sığortaçısının xalis reallaşdırılmış investisiya gəliri 2020-ci ildə qeydə alınmış 200 milyon dollardan 5 milyard dollara yüksəlib.