Fitch, Kahramanmaraşda baş vermiş zəlzələdən təsirlənən Türkiyə və Suriyada qeydə alınan itkilərin böyük hissəsinin qlobal təkrarsığortaçılar tərəfindən qarşılanacağını bildirib.
"Siqortaci.az" xəbər verir ki, Fitch-in açıqlamasına görə, iqtisadi itkilərin ilkin hesablamalara görə 4 milyard dollardan çox olacağı ehtimal edilir. Məlumat da qeyd olunur ki, sığorta təminatının aşağı olması səbəbilə sığorta itkisi 1 milyard dollar civarında ola bilər.