Dünya üzrə aparılmış araşdırmaya görə, aşkar edilən sığorta dələduzluğu hallarının 90%-i avtomobil sığortası seqmentinə aiddir.
"Siqortaci.az" xəbər verir ki, məlumata görə, bu müraciətlərdən dəyən ümumi ziyan 30 milyon dollar yaxındır. Sığorta Təhlükəsizliyi Assosiasiyasının məlumatına görə, ən çox yayılmış dələduzluq üsulları sığorta haqlarının mənimsənilməsi, sığorta ödənişlərinin oğurlanması, sığortalı avtomobilin qəsdən oğurlanması və ya yandırılmasıdır.