Türkiyədə qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 26 milyonu keçdiyi halda, milyonları əhatə edən icbari yol sığortasında endirim və zərər sonrası ödəniş artımı dərəcələri dəyişib.
"Siqortaci.az" xəbər verir ki, bundan sonra elektrikli nəqliyyat vasitələrinin icbari sığortası haqqına 10% endirim ediləcək. Həmçinin qəzasız sürücüyə 50 faiz endirim ediləcəyi halda, məsuliyyətsiz sürücülər sığorta haqqını 200 faiz artımla ödəyəcəklər.