Avropanın sığorta bazarında durğunluq davam edəcək - PROQNOZ

03 yanvar 2021 23:56

Beynəlxalq reytinq agentliyi Moody's, uzun müddətdir davam edən aşağı faiz dərəcələrinin və COVID-19 pandemiyasının yaratdığı iqtisadi şok səbəbilə Avropanın sığorta sektoru üçün mənfi proqnoz verdiyini açıqlayıb.

"Siqortaci.az" dünya mediasına istinadən xəbər verir ki, faiz dərəcələri 2020-ci ildə daha da azaldı və Moody's, bunun bir müddət də aşağı səviyyədə qalacağını ehtimal edir. Analitiklərin fikrincə, mövcud iqtisadi vəziyyət, P&C sığorta şirkətlərinin investisiya gəlirlərini əhəmiyyətli dərəcədə azaldacaq və gələn il ümumi nəticələrə təsir göstərəcək. Eyni zamanda həyat sığortaçlarının gələcək mənfəətlərinə təzyiq də qaçılmaz hesab olunur.

Bir çox Avropa ölkəsində işsizliyin artması 2021-ci ildə həyat sığortaçılarına da mənfi təsir edə bilər. 2020-ci ildə Avropa ölkələrinin ÜDM-də qeydə alınmış daralma 2021-ci ildə P&C həcmlərini məhdudlaşdırmağa davam edəcək deyə ehtimal edilir.

Moody's, kommersiya sığortaçılarının 2020-ci ildəki qiymət artımlarından 2021-ci ildə faydalanacağını proqnozlaşdırır. Digər tərəfdən, 2020-ci ildə əldə edilən birdəfəlik qazanc daha yüksək sığorta tarifləri üçün məhdudiyyət yaradacağına görə pərakəndə sığortaçılar arasında rəqabət daha da güclənəcək.