Avropada sığorta bazarının həcmi böyüyəcək

13 aprel 2023 16:25

Beynəlxalq sığorta brokeri Howden ekspertləri bildirilmişlər ki, birləşmə və satınalmaların təşkilatçıları olan bazar iştirakçılarının qeyri-müəyyən iqtisadi vəziyyətdən faydalanmaq istəyi bu sahədə “bum”un davam edəcəyini qaçılmaz edir.

"Siqortaci.az" xəbər verir ki, broker bu sahə üzrə sığorta iddialarına aid hesabatda Böyük Britaniya və Avropadakı bəzi əsas tendensiyaları təhlil etməklə bazarda sövdələşmələrin gündən-günə aktivləşdiyi qənaətinə gəlir. Qeyd edilir ki, çox sayda iri həcmli sövdələşmələrin sığortalanması sığorta bazarının həcmini böyüdəcək, sığorta şirkətlərinin inkişafına səbəb olacaqdır.