Beynəlxalq sığorta və təkrarsığorta brokeri olan “Willis Towers Watson” ABŞ, Kanada, Böyük Britaniya və Qərbi Avropadakı müştərilər üçün yeni kiber sığorta proqramlarının satışına başlayıb.
“Siqortaci.Az” xəbər verir ki, bu üç yeni məhsul, iri müəssisələr və orta biznes müştəriləri üçün innovativ, fərdiləşdirilmiş həllər təklif edir, kiber risklərlə əlaqəli itkiləri tam qiymətləndirməyə, qorumağa və bərpa etməyə imkan verir.
Beynəlxalq broker izah edir ki, yeni siyasət, məlumatların yayılmasından, tənzimləmə tələblərindən və fasilələrdən qorunmaq, eyni zamanda tədarük zəncirinin kiber hücumlardan vacib qorunmasını təmin etməkdən ibarətdir.