Qlobal təbii fəlakətlər sığorta sektorunu yenidən həyəcan vəziyyətinə gətirdi

16 may 2026 16:57

"Aon" tərəfindən açıqlanmış 15.05.2026-cı il tarixli “Weekly Cat Report” hesabatında ABŞ-də sığortalı zərəri yüz milyonlarla dollara çatacağı ehtimal olunan fırtınalardan tutmuş, Cənubi Afrikadakı sel fəlakətinə, Hindistandakı ölümcül fırtınalara və Taylanddakı infrastruktur zərərlərinə qədər bir çox kritik hadisə diqqət mərkəzinə alınıb.

Hesabat göstərir ki, təbii fəlakətlərin iqtisadi itkilər və sığorta zərərləri üzərində yaratdığı təzyiq qlobal miqyasda artmaqda davam edir.

Nəticədə, qlobal sığorta bazarlarının üzləşdiyi zərər dinamikası yenidən gündəmdir.