Dünya sığorta CEO-ları: Süni intellekt müştəri münasibətlərini zəiflətməməlidir

18 may 2026 16:59
"Sollers Consulting"-in hesabatı göstərir ki, sığorta sektorunun aparıcı CEO-ları süni intellekti sahənin gələcəyini formalaşdıran ən güclü alət olaraq görürlər.
 
Bununla belə, sektor liderləri hesab edir ki, süni intellekt empatiyanı, fərdiləşdirilmiş yanaşmanı və müştərilərlə üzbəüz münasibətləri zəiflətməməlidir.
 
Hesabat Almaniya, Fransa, İngiltərə, ABŞ, Avstraliya, Kanada və Sloveniyadan olan 11 böyük sığorta şirkətinin CEO-ları ilə aparılan müsahibələr əsasında hazırlanıb.