“Swiss Re Institute” tərəfindən dərc olunan “2026-cı ildə dünya sığortası: Parçalanan dünyada dayanıqlıq mexanizmləri” adlı sigma hesabatına əsasən, qlobal iqtisadiyyatda ardıcıl yaşanan şoklar, geosiyasi parçalanma və süni intellektə yönələn investisiyalar sığorta sektorunun fəaliyyət istiqamətlərini yenidən formalaşdırır.
Hesabatda qeyd olunur ki, 2026-cı ildə qlobal sığorta haqları üzrə real artım tempinin yavaşıması gözlənilsə də, yeni risk sahələrinin meydana çıxması sığorta və təkrarsığorta həllərinə olan tələbatı daha da artıracaq.
Hesabata görə, qlobal sığorta haqları üzrə ümumi real artımın 2025-ci ildəki 3,9 %-dən 2026-cı ildə 1,3 %-ə enəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, təkrarlanan şoklar, geosiyasi proseslər və yeni infrastruktur investisiyalarının şirkətlərin və cəmiyyətlərin dayanıqlığının gücləndirilməsində sığorta və təkrarsığortanın rolunu daha da artıracağı vurğulanır.