2020-ci ilin 1 iyul tarixindən etibarən “Yaşıl Kart” beynəlxalq sığorta sisteminə aid şəhadətnamənin formatında dəyişiklik ediləcək.
“Siqortaci.Az” xəbər verir ki, Yaşıl Kart Bürosu Baş Assambleyasının müvafiq qərarına əsasən, bu günə qədər adına uyğun olaraq yaşıl rəngdə olan “Yaşıl Kart” şəhadətnamələri – adi ağ-qara şəhadətnamələrlə əvəz ediləcək.
Bildirilir ki, bu dəyişiklik sertifikatların sadə printerlərdən də çap edilməsi zərurəti ilə tətbiq olunur.
Bundan başqa, “Yaşıl Kart” sığortası olan sığortalı xaricdə səfərdəykən, “Yaşıl Kart” müqaviləsinin müddətinin uzadılması və ya sürücünün xaricdə gözlədiyi müddətdən daha çox gecikməsi və qüvvədə olan müqavilənin müddətinin bitməsi halında yeni bir müddətə müqavilə bağlamaq da mümkün olacaq.