Velosiped sürücüləri üçün sığorta

07 fevral 2025 18:33

"Laka", 2017-ci ildə Böyük Britaniyada yaradılan və spesifik olaraq sırf velosiped sürücüləri üçün məhsullar təqdim edən sığorta şirkətidir.

Siqortaci.az xəbər verir ki, Bu şirkət, velosiped sürücülərinə oğurluq, sağlamlıq və mülki məsuliyyət risklərini təminat altına alan çoxçeşidli sığorta məhsulları təklif edir. Bu məhsullar ən az 10 nəfərdən təşkil olunan qruplar üçün nəzərdə tutulur.

Təklif olunan məhsullar üzrə tariflər hadisə tarixçəsinə görə zərərlilik nəzərə alınmaqla aylıq olaraq müəyyənləşir. "Laka", ümumi yığımlarındakı marjasını 20% həcmində müəyyənləşdirir. Qalan 80%-lik hissə isə sığorta hovuzunda toplanır. Baş vermiş sığorta hadisələrinə görə ödənişlər və KSM layihələrinin maliyyələşməsi bu hovuzdan həyata keçirilir.