Türkiyə Sığorta Birliyi (TSB) 2025-ci ilin noyabr ayı dövrünə dair sığortalılıq göstəricilərini açıqlayıb.
Siqortaci.az TSB-yə istinadən xəbər verir ki, ümumi əhali üzrə sığortalılıq səviyyəsi 40,3% təşkil edib. 15 yaş və yuxarı əhali arasında isə sığortalılıq göstəricisi 52%-ə çatıb.
Sığorta siniflərinə dair bölgüdə sığortalılıq səviyyəsi qeyri-həyat sığortası üzrə 35%, həyat sığortası üzrə isə 18% olaraq qeydə alınıb.