Türkiyədə zəlzələdən sonra - 569 SIĞORTALI MÜRACİƏTİ

26 aprel 2025 16:32
Aprelin 23-ü İstanbulda 6.2 bal gücündə baş vermiş zəlzələdən sonra DASK-a sığortalı əmlaklara dəymiş zərərlə bağlı 569 müraciət daxil olub.
 
Siqortaci.az xəbər verir ki, bunu Türkiyənin Təbii Fəlakət Sığortaları Agentliyi (DASK) və "Türk Reasürans" şirkətinin baş direktoru Selva Eren bildirib.
 
Onun sözlərinə görə, zərərlə bağlı ən çox müraciət İstanbulun Beylikdüzü, Büyükçekmece, Küçükçekmece və Esenyurt kimi rayonlarından daxil olub.