Türkiyədə sığorta yığımlarının ÜDM-dəki payı açıqlandı

03 mart 2025 18:46

Türkiyə Statistika Qurumunun (TÜİK) 2024-cü ilin yekunlarına dair açıqladığı hesabata görə, Türkiyədə ÜDM 2023-cü illə müqayisədə 3.2% artıb.

Siqortaci.az xəbər verir ki, sığorta və maliyyə sektoru isə hesabat ilində nail olduğu 4.9%-lik böyümə ilə ÜDM-dəki payını 3.4%-ə yüksəldə bilib.

Qeyd edim ki, 2023-cü ildə Türkiyədə  sığorta və maliyyə sektorunun ÜDM-dəki payı 3.3% olmuşdu.