Türkiyənin sığorta şirkətləri tərəfindən 2024-cü ildə avtonəqliyyat hadisələri ilə bağlı həyata keçirilmiş sığorta ödənişlərinin ümumi həcmi 151% artaraq 34.8 milyard lirə (920.8 milyon dollar) təşkil edib.
Siqortaci.az xəbər verir ki, Türkiyənin sığorta tarixinə görə, bu rəqəm rekord zərər göstəricisi hesab olunur.
Belə ki, hesabat dövründə avtonəqliyyat sığortası üzrə zərər/sığorta haqqı nisbəti 136,5% təşkil edib. Yəni sığorta şirkətləri topladıqları sığorta haqlarının hər 100 lirəsinə görə 136,5 lirə təzminat ödəməli olublar.