Cari ilin yanvar-aprel aylarında Türkiyənin həyat sığortası bazarında 81% böyümə qeydə alınıb.
Siqortaci.az xəbər verir ki, icmala görə, qardaş ölkənin həyat sığortası bazarında təmin olunmuş yığımların 70%-i "Kredit həyat sığortası" məhsulu üzrə yığılmış sığorta haqları hesabına formalaşıb.
Statistikaya əsasən, təkcə 2024-cü ildə banklara borcu olub vəfat etmiş 100 min nəfərin ümumilikdə 3 milyard TL (130.2 milyon AZN) həcmində olan kredit borcu "Kredit həyat sığortası" məhsulu ilə qarşılanıb.