Türkiyədə vətəndaşlara sığorta sahəsində sürətli, asan və effektiv giriş və əməliyyat imkanları yaratmaq üçün hazırlanmış “Özəl Sığortalarım” tətbiqi "E-Hökumət" mobil və internet kanalları vasitəsilə istifadəyə verildi.
Siqortaci.az xəbər verir ki, Türkiyənin Prezident yanında Rəqəmsal Transformasiya Ofisi (CDDO), Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Qurumu (SEDDK) və Sığorta Məlumat və Nəzarət Mərkəzinin (SBM) birgə səyləri ilə hazırlanan “E-Hökumət/Özəl Sığortalarım” layihəsi ilə vətəndaşlar həyat və qeyri-həyat növləri üzrə bütün sığorta şəhadətnamə və müqavilələrinə vahid ekran vasitəsilə nəzarət edə biləcək. Bu sistem fərdi sığortalardan əlavə, DASK, TARSİM və BES şəhadətnamələrini də izləmək və şikayət qeydlərini yaratmaq imkanı verir.
Tətbiq sayəsində izləmək mümkündür:
》Qüvvədə olan və müddəti bitmiş müqavilə və şəhadətnamələrin xülasəsi;
》Yenilənmə tarixi yaxınlaşan şəhadətnamələr üçün qalan günlər haqqında məlumat;
》Müqavilə və zərər təfərrüatları;
》Kreditə bağlı sığortalara dair bank və filial məlumatları;
》Müvafiq zəng mərkəzlərinə dair əlaqə məlumatları.