Türkiyə sığorta bazarı 2025-ci ildə 46% böyüyüb - STATİSTİKA

18 yanvar 2026 11:03

Türkiyə Sığorta Birliyi 2025-ci ilin yekun sığorta icmalını açıqlayıb. Belə ki, bazar, hesabat dövrüdə 1 trilyon 222 milyard 997 milyon TL (48 milyard AZN) yığım təmin edərək 45.8% böyüyüb.

Siqortaci.az Birliyin rəsmi rəqəmlərinə istinadən xəbər verir ki, müvafiq dövrdə həyat sığorta bazarı 178.8 milyard TL (7 milyard AZN) yığım ilə 79.1%, qeyri-həyat sığorta bazarı isə 1.04 trilyon TL (41 milyard AZN) yığım ilə 41.3% böyüyüb.

Ən böyük yığım "Avtonəliyyat vasitəsi sahiblərinin məsuliyyət sığortası" növü üzrə 41.1% artımla 309.8 milyard TL (12.1 milyard AZN) həcmində olub.

Böyükhəcmli yığım təmin edən digər növlər:

》Nəqliyyat sığortası (Yaşıl Kart daxil) - 261 milyard TL (10.2 milyard AZN);

》Tibbi sığorta - 211 milyar TL (8.3 milyard AZN);

》Yanğın-təbii fəlakət sığortası - 166 milyard TL (6.5 milyard AZN);

》Kasko - 147 milyard TL (5.7 milyard AZN).