ABŞ–İsrail ilə İran arasında müharibənin Yaxın Şərqdə gərginliyi artırması əsas dəniz yolları ilə daşımalarda riskləri yüksəldib.
Siqortaci.az "The Guardian"-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın açıqlamasına görə, o, Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasına (International Development Finance Corporation) Körfəz bölgəsində dəniz ticarəti üçün siyasi risk sığortası və maliyyə zəmanətləri təqdim etməyi tapşırıb.
Qeyd edək ki, İsrail və ABŞ qüvvələrinin həftəsonu İrana zərbələr endirməsindən sonra Yaxın Şərqdən neft tankerlərinin hərəkətində fasilələr yaranıb, nəticədə qlobal xam neft qiymətləri kəskin bahalaşıb .