Tibbi sığorta bazarı üçün 5 trilyonluq proqnoz

24 mart 2025 19:05

"Fortune Business Insights"-ın proqnozuna görə, qlobal tibbi sığorta bazarının ümumi həcmi 2032-ci ilə qədər 4,45 trilyon dollara yüksələcək.

Siqortaci.az xəbər verir ki, sənayenin müvafiq period üzrə mürəkkəb illik artım tempinin (CAGR) 9,7% səviyyəsində olacağı ehtimal edilir.

Səbəb isə statistikaya əsaslanır: Son illər səhiyyə xərclərinin, xroniki xəstəliklərin, əməliyyatların və bədbəxt hadisələrin artması tibbi sığortaya tələbi artıracaq.

Qeyd edim ki, 2024-cü ildə qlobal tibbi sığorta bazarının ümumi həcmi 2,14 trilyon dollar olub.