Beynəlxalq təkrarsığortaçılar COVID-19 şokuna baxmayaraq, 2021-ci ildə tariflərin azaldılması siyasətini yenidən nəzərdən keçirəcək.
"Siqortaci.az" xəbər verir ki, COVID-19'un təsirinin davam etməsinə baxmayaraq, beynəlxalq təkrarsığortaçılar son illərdə görülən tarif endirimlərinə dair siyasətlərinə yenidən baxacaqlar.
Qlobal təkrarsığorta bazarının səmərəli fəaliyyəti tariflərin və təkrarsığortanın əhatə şərtlərinin əvvəlcədən gözləniləndən daha az problemli olmasını təmin edir. Ötən il ərzində kapital səviyyələri sürətlə bərpa olundu və 2019-cu ilin sonu ilə müqayisədə 3% artım qeydə alındı. Bu, inkişaf etmiş investisiya bazarları, bölüşdürülməmiş mənfəət və yeni cəlb olunmuş kapital sayəsində mümkün oldu.
Baza təkrarsığorta nisbətlərinin ardıcıl və əhəmiyyətli dərəcədə artması potensial alıcılar üçün daha əlverişli mühit formalaşdırdı.
Təkrarsığortaçılar sərmayəçi kapitalistlərin güclü rəqabəti ilə qarşılaşdılar, lakin davam edən və vəziyyəti bir qədər də pisləşdirən aşağı faiz mühiti, eyni zamanda sosial inflyasiya bütün iş sahələrində qiymətlərə həddən artıq neqativ təsirini göstərdi.
COVID-19-dan ortaya çıxan yeni itkilər təkrarsığorta müqavilələrinin mətnləri barədə texniki müzakirələrə səbəb oldu.
Bütün bu proseslər fonunda isə qlobal təkrarsığorta sənayesi iştirakçıları hər bir halda tariflərin endirilməsi ilə bağlı siyasəti yenidən nəzərdən keçirməyi düşünür.