Təbii fəlakətlərdə sığortasızlıq maliyyə risklərini artırır - HESABAT

30 dekabr 2025 16:59

Beynəlxalq Sığorta Nəzarətçiləri Birliyi (IAIS) "GIMAR" hesabatını açıqlayıb.

Siqortaci.az xəbər verir ki, hesabat nəticəsində dünyada baş verən təbii fəlakətlər səbəbilə yaranan iqtisadi itkilərin böyük bir qisminin sığortasız olduğu aşkarlanıb. Hesabatda qeyd olunur ki, bu “sığorta boşluğu” xüsusilə inkişaf etməkdə olan ölkələrdə maliyyə sabitliyi üçün ciddi risk yarada bilər.

IAIS hesabatda sığorta boşluğunun daraldılması üçün tənzimləyici qurumlara tövsiyələr də verir. Bunlar data-analitika prosesinin və şəffaflığın gücləndirilməsi, sığorta savadlılığının artırılması, dövlət-özəl əməkdaşlığı əsasında katastrofik risk sığortası hovuzlarının yaradılması və parametrik sığorta məhsullarının inkişaf etdirilməsindən ibarətdir.