2025-ci ilin ilk yarısında dünya üzrə təbii fəlakətlər səbəbilə yaranan qlobal sığortalı zərərin ümumi həcmi açıqlandı.
Siqortaci.az xəbər verir ki, rəqəm 100 milyard dollara çatır. Aon-un ilkin təhlilinə görə, bu rəqəm tarixdə ikinci ən yüksək sığortalı zərər göstəricisidir və 21-ci əsrdə qeydə alınan orta göstəricidən (41 milyard dollar) 2 dəfədən çox yüksəkdir.
Hesabat dövründə qeydə alınan qlobal sığortalı zərərin 90%-i ABŞ-nin (92 milyard dollar) payına düşür.