Taksi sürücüləri üçün yeni sığorta məhsulu

09 dekabr 2019 01:44

“AXA XL”, İngiltərədəki taksi xidmətlərinin sürücülərinə qəzada özəl nəqliyyat vasitələrinə ziyan vurması nəticəsində qazanc itkisindən qorumaq üçün “Vehicle Interrupt Cover” adlı unikal bir sığorta məhsulunun tətbiqinə başlayıb.

“Siqortaci.Az” xəbər verir ki, İngiltərəfə tətbiq olunan bu yeni məhsul, xüsusilə 24 saat sükan arxasında olan sürücünün avtomobili zədələnərsə ona 550 dollara qədər birdəfəlik ödəniş vəd edir.

“AXA”, bu məhsulu ilk olaraq İngiltərədə tətbiq etsə də, zamanla digər Avropa ölkələrində də bunu reallaşdırmağı hədəfləyir.