1963-cü ildə Harvey Ross Ball adlı şəxs, işçiləri motivasiya etmək, onların əhvalını yüksəltmək üçün bir sığorta şirkətində işə götürülür. O, sarı və qara rənglərdən istifadə edərək gülən üz ikonik şəklini dizayn edir. Ball, gördüyü bu işi təvazökarlıqla "Günəş kimi sarı və parlaq kağıza gülümsəyən bir dairə çəkdim", - deyərək, açıqlayır və qarşılığında sadəcə kiçik məbləğdə bir mükafat alır. Bu sadə dizayn işçilərin köynək düymələri və qeyd kağızları üçün çap edilir və qısa zamanda geniş çevrədə məşhurlaşır.
Lakin bu gülən üz loqosunun ticarət markasının rəsmi şəkildə təsdiq edilməsi və müəlliflik hüququnun alınması nə Ball-ın, nə də sığorta şirkətinin ağlına gəlir.
İllər sonra, fransalı bir jurnalist Franklin Loufrani bu loqonu "Smiley" adı ilə ticarət markasına çevirir, rəsmi olaraq müəlliflik hüququ alır və bu dizaynı müxtəlif şirkətlərə lisenziyalaşdıraraq onun ətrafında biznes qurub milyonlar qazanır.
Bu gün də "Smiley" brendi hər il böyük gəlir əldə edir, iri şirkətlər məhsullarında tanınan bu loqodan istifadə üçün vəsait ödəyir.
Uğurlu gülən üzün ilk illüstratoru olan Ball isə rəsmin özünə aid olduğunu illərlə sübut etməyə çalışsa da, cəhdləri nəticə vermir. Və həmin sığorta şirkətindən təqaüdə çıxdıqdan sonra aldığı məhdud pensiya ilə ömrünü başa vurur.