“Rəsmi” qəzetdə yayımlanan qərara əsasən Türkiyədə “Sığortaçılıq və Özəl pensiya tənzimləmə - nəzarət qurumu” yaradılıb.
“Siqortaci.Az” xəbər verir ki, bu qurum Maliyyə Nazirliyinə birbaşa bağlı olmaqla, əsas qərarverici orqan rolunu oynayacaq. Buna bənzər bir qurum uzun müddətdir ki, Türkiyənin bank sektoruna nəzarət məxanizmini uğurla həyata keçirir. Türkiyə sığortaçılar birliyinin rəhbəri Atilla Benli hesab edir ki, sığorta sektoruna da nəzarət edəcək bu qurum önəmli qərarlar qəbul etməklə uzun zamandır mövcud olan problemlərin həllində aktiv iştirak edəcək:
“Türkiyədə 62 sığorta və özəl pensiya şirkəti fəaliyyət göstərir. Bu şirkətlərin aktivlərinin böyüklüyü 200 milyard lirə həcmindədir. Təkcə ötən il ödənilən təzminat isə 36 milyard lirə böyüklüyündə olub. Bütün bunlara baxmayaraq, hələ istədiyimiz hədəfə çata bilməmişik. Hesab edirik ki, yeni yaradılmış qurum, üzərinə düşən məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələ biləcək.”