Sığorta-özəl kapital münasibətləri yeni dövrdə

14 may 2026 16:55

"McKinsey & Company⁠"-nin təhlili göstərir ki, son 10 ildə 1,5 trilyon dollarlıq həcmə çatan özəl sərmayə dəstəkli sığorta şirkətləri artıq yeni dönüş nöqtəsindədir. Hesabata görə, artan maliyyələşdirmə xərcləri, daralan investisiya marjaları və güclənən rəqabət faktoru sektorun “sürətli böyümə” mərhələsini geridə qoyub. Çünki yeni dövrdə üstünlük yalnız miqyasla deyil, inteqrasiya, əməliyyat səmərəliliyi və texnologiyadan effektiv istifadə ilə müəyyənləşir.

Məsələn, özəl sərmayə dəstəkli sığorta şirkətləri son 10 ildə 20%-dən çox böyüyərək, 2025-ci ildə 1,5 trilyon dollar həcmində aktiv portfelə sahib olub. Nəzərə alaq ki, bu platformalar 100 milyard dollardan artıq kapital ilə dəstəklənir.

Hesabatda sığortada rəqəmsallaşma və süni intellekt barədə isə deyilir ki, bu alətlərdən istifadə artıq birbaşa rəqabət üstünlüyü yaradır. Sığorta şəhadətnaməsinin hazırlanması, zərərlərin idarə olunması və aktivlərin yerləşdirilməsində süni intellekt tətbiq edən şirkətlərin rəqibləri ilə müqayisədə 20-30% daha yüksək səmərəlilik əldə edir.

McKinsey: Gələcəyin uğurlu sığorta platformaları 4 əsas istiqamət üzrə fərqlənəcək:

》Öhdəliklər baxımından daha mürəkkəb və uzunmüddətli məhsullara yönəlmək;

》Aktivlərin idarə edilməsində daha inteqrə olunmuş modellər formalaşdırmaq;

》Kapital strukturunun dayanıqlığını gücləndirmək;

》Texnologiya əsaslı və aşağı xərcli əməliyyat modelləri qurmaq.